SON XƏBƏRLƏR

Təbriz Universitetinin tələbəsi Ehsan Fəridi saxlanılıb

2024.06.20, 14:36
Təbriz Universitetinin tələbəsi Ehsan Fəridi saxlanılıb

Təbriz Universitetinin tələbəsi Ehsan Fəridi mayın 19-da həbs edilib.

Gunaz.tv

Bu barədə yerli hüquq müdafiəçiləri məlumat yayıb.

Bildirilib ki, 21 yaşlı gənc Təbriz şəhərinin Ümumi və İnqilab Məhkəməsinə çağırıldıqdan sonra həbs edilərək şəhərin mərkəzi həbsxanasına köçürülüb.

Təbriz Universitetinin inşaat və istehsalat mühəndisliyi fakültəsinin tələbəsidir.

Qeyd edək ki, təhlükəsizlik qüvvələri bundan əvvəl martın 8-də də təbrizli tələbəni həbs edib, 10 gün dindirdikdən sonra sərbəst buraxmışdılar.

Onun həbs səbəbi barədə açıqlama verilməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar