SON XƏBƏRLƏR

Qalibaf problemlərə görə Əfqanistan və Pakistanı günahlandırdı

2024.06.21, 13:03
Qalibaf problemlərə görə Əfqanistan və Pakistanı günahlandırdı

İran parlamentinin sədri və prezidentliyə namizəd Məhəmməd Baqir Qalibaf ölkədə olan ictimai problemlərin kökünün şərq sərhədlərində olduğunu iddia edib.

Gunaz.tv

"İranda bir çox ciddi ictimai problemlərin kökü şərq sərhədindən qaynaqlanır. Təhlükəsizliyin təmini üçün Pakistan və Əfqanıstanla sərhəddə divar çəkilməlidir",- Qalibaf bildirib.

Qeyd edək ki, o, bundan əvvəl də oxşar fikirlər səsləndirərək, ölkədə olan qaçqınları, xüsusilə əfqanıstanlı miqrantları ölkədən çıxaracağını deyib.

Parlament sədri prezident seçiləcəyi təqdirdə əcnəbilərin ölkədən deportasiya prosesini sürətləndirəcəyini söyləyib.

Qalibaf xüsusilə əfqanistanlı qaçqınların ölkədən çıxarılacağını və şərq sərhədlərində divar çəkiləcəyi ilə bağlı işləri tezləşdirəcəyinə söz verib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar