SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyalətində tarixi abidələr baxımsız qalıb

2024.06.21, 15:09
Qərbi Azərbaycan əyalətində tarixi abidələr baxımsız qalıb

Qərbi Azərbaycan əyalətində tarixi abidələrin baxımsız qalması onların məhv olması barədə narahatlıqları artırıb.

Gunaz.tv

Bu barədə mədəniyyət xadimləri sosial mediada paylaşımlar ediblər.

Onların sözlərinə görə, “Ağdağ” tarixi məkanı, Tikantəpənin “Yolqun ağac” kəndinin tarixi hamamı,“Bərəsur” qalası, Şot rayonunun “Babur” qalası talehin ümüdünə buraxılıb.

Mədəniyyət xadimləri adı çəkilən və başqa bir neçə abidənin qorunması və bərpası ilə bağlı müraciətlərinin cavabsız qaldığını deyiblər.

Onlar bildiriblər ki, həmin abidələr 2022-ci ilin yanvar ayında milli əsərlər siyahısına salınsa da, saxlanılmaları üçün vəsait ayrılmayıb.

Qeyd edək ki, bu günə kimi Qərbi Azərbaycan əyalətində mvcud olan minlərlə tarixi abidə, maddi və qeyri-maddi əsər və təbiət abidələrinin 1700-dən çoxu milli əsərlər siyahısına salınıb və bu İranda qeydiyyata alınan əsərlərin 5%-ə bərabərdir.

Mədəni İrs, Turizm və Əl işləri Təşkilatı başqa abidələrlə bağlı olduğu kimi adı çəkilən abidələrin də saxlanılması və  bərpası üçün mərkəzdən vəsait ayrılmadığını bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar