SON XƏBƏRLƏR

Ermənistanda xüsusi təyinatlılar Qarabağ separatçılarının "nümayəndəliyi"nin qapılarını sındıraraq içəri daxil olub

2024.06.21, 15:50
Ermənistanda xüsusi təyinatlılar Qarabağ separatçılarının "nümayəndəliyi"nin qapılarını sındıraraq içəri daxil olub

Ermənistanda xüsusi təyinatlılar qondarma rejimin "nümayəndəliyinə" daxil olublar.

Gunaz.tv

Daxili İşlər Nazirliyinin kriminal polisinin xüsusi bölməsinin əməkdaşları "nümayəndəliyin" qapılarını sındıraraq içəri daxil olublar.

Ehtimal edilir ki, onlar "nümayəndəliyin" ərazisindəki xidməti avtomobili müsadirə etməyə gəliblər.

Qeyd edək ki, iyunun 7-də polis Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə etmək üçün "nümayəndəliyə" girməyə cəhd etmişdi.

"Hraparak" nəşrinin xəbərinə görə isə Samval Şahramanyan dindirilməyə dəvət olunub.

Xatırladaq ki, ötən il antitteror tədbirlərindən sonra separatçılar təslim olub. Bundan sonra Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar