SON XƏBƏRLƏR

Yüzlərlə müəllim seçkilərlə bağlı bəyanat yaydı

2024.06.22, 15:00
Yüzlərlə müəllim seçkilərlə bağlı bəyanat yaydı

İranda iyunun 28-də keçiriləcək prezident seçkilərini boykot etməklə bağlı bəyanat və çağırışlar davam edir.

Gunaz.tv

Bu qəbildən olan çağırışlardan biri də iranlı müəllimlər tərəfindən yayılıb.

520 müəllimin imzaladığı bəyanatda seçkiləri vətəndaşların vəziyyətinin yaxşılaşmasına heç bir təsir etməyəcəyi deyilib.

Bunun yalnız hakimiyyətin legitimliyinə xidmət etdiyini deyən müəllimlər vətəndaşları prezident seçkilərini boykot etməyə çağırıblar.

“Seçkilərdə iştirak problemlərin həllinə kömək etməyəcək, və ən pisi budur ki, səsvermədə iştirak etmək rejimin legitimliyi artırmaq, daha çox narazı və etirazçını sıxışdırmaq üçün hakimiyyətə motivasiya olacaq”,- bəyanatda qeyd edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar