SON XƏBƏRLƏR

Rəisiyə görə həbs edilən azərbaycanlı xanım fəala təzyiq göstərilir

2024.06.23, 10:53
Rəisiyə görə həbs edilən azərbaycanlı xanım fəala təzyiq göstərilir

Hazırda Təbriz həbsxanasında saxlanılan azərbaycanlı xanım Məryəm Bayramianın məzuniyyət hüququndan istifadə etməsinə icazə verilmir.

Gunaz.tv

Bu barədə azərbaycanlı vəkil Qasım Bodi məlumat yayıb.

Bildirilib ki, 8 iyun 2023-cü ildə İbrahim Rəisinin Təbrizə səfəri zamanı onun çıxışına etiraz edən Məryəm Bayramian "ölkə rəsmilərini təhqir etmək və milli təhlükəsizliyə zərbə vurmaq"da ittiham olunub.

İki uşaq anası olan 45 yaşlı azərbaycanlı xanım 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İbrahim Rəisi Təbrizdəki çıxışında Şərqi Azərbayca əyalətində işsizlik səviyyəsinin sıfıra endirildiyini iddia etmişdi.

Məryəm Bairamian prezidenti yanlış məluamt verməkdə və Azərbaycanda olan işsizlik səviyyəsiilə bağlı istatistikanı təhrif etməkdə günahlandırmışdı.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar