SON XƏBƏRLƏR

Milli fəallar açıq məhkəmə keçirilməsini tələb etdilər

2024.06.25, 11:16
Milli fəallar açıq məhkəmə keçirilməsini tələb etdilər

Göndərilən elektron poçt vasitəsilə iyunun 6-da Təbrizin İnqilab Məhkəməsinin 2-ci bölməsində olmaları istənilən dörd milli fəal məhkəməyə getməkdən imtina edəcəklərini bildiriblər.

Gunaz.tv

Bu barədə Abbas Lisani adına fəaliyyət göstərən "Telegram" kanalı məlumat yayıb.

Davud Şiri, Cavad Əhmədzadə, Hüseyn Amani Nadarlı və Əlirza Səbri, məhkəməyə göndərdikləri məktubda barələrində irəli sürülüən ittihamlarla bağlı məhkəmə iclasının açıq keçirilməsini istəyiblər.

Adı çəkilən fəallara qarşı "İslam Respublikası əleyhinə təbliğat", "ölkənin daxili təhlükəsizliyinə zərbə vurmaq üçün əlbir olmaq və toplaşmaq", "müxalif qruplara üzv olmaq" ittihamları irəli sürülüb.

Qeyd edək ki, təhlükəsizlik qüvvələri milli fəalları 18 may 2023-cü ildə həbs edib.

Onlar 1 ay müddətinə dindirildikdən sonra, girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar