SON XƏBƏRLƏR

İranda məhbuslar səs verməyə məcbur edilir

2024.06.25, 13:03
İranda məhbuslar səs verməyə məcbur edilir

İran həbsxanalarında saxlanılan məhbusların prezident seçkilərində məcburi səsverməyə cəlb edilmələri üçün hazırlıq aparılır.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məhbusların ailələrinə istinadən məlumat yayıb.

"Məhbuslardan istənilib ki, iyunun 28-də səs vermək üçün ailələrindən şəxsiyyət vəsiqələrini həbsxanaya gətirmələrini istəsinlər, səsvermədə iştirak etməyənlər barədə ölçü götürüləcək, səsverənlərə isə 3 gün məzuniyyət veriləcək",- məlumatda bildirilib.

İnsanhaqları fəalları məhbusların yaxınlarına istinadən bildiriblər ki, buna etiraz edən bir neçə məhkum təkadamlıq kameraya köçürülüb.

Qeyd edək ki, bundan əvvəl parlament və Ekspertlər Məclisinə keçirilən seçkilərdə də oxşar hadisə baş verib.

Məcburi səsvermədən imtina edən məhbuslar incidilib, təkadamlıq kameraya salınıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar