SON XƏBƏRLƏR

Məhbus milli fəal xəstəxanaya köçürüldü

2024.06.26, 09:00
Məhbus milli fəal xəstəxanaya köçürüldü

Təbriz həbsxanasında saxlanılan milli fəal, tanınmış idmançı Kərim İsmayılzadə (Kərim boksçu) xəstəxanaya köçürülüb.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, İsmayılzadənin mədə ağırıları və mədə qanaxması şiddətləndyi üçün onun həbsxanadan qıraq xəstəxanada müalicəsinə icazə verilib.

Bundan əvvəl həbsxana rəhbərliyi bir neçə gündür ağır vəziyyətdə olan millifəalın xəstəxanaya köçürülməsinə razılıq verməmişdi.

Qeyd edək ki, "insanları kiberməkanda zorakı hərəkətlərə təhrik və dəvət etmək"də günahlandırılan İsmayılzadə aprel ayının 17-də həbs edilib və 6 aylıq məhkumluq dövrünü yaşamaq üçün Təbriz həbsxanasına köçürülüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar