SON XƏBƏRLƏR

Milli fəalın məhkəməsi olub

2024.06.27, 10:30
Milli fəalın məhkəməsi olub

Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərindən olan milli fəal Behzad Xudabəndəlunun məhkəməsi olub.

Gunaz.tv

Məlumata görə, iyunun 26-da Qoşaçay şəhərinin İnqilab Məhkəməsində milli fəala qarşı irəli sürülən "İran İslam Respublikası əleyhinə təbliğat aparmaq" və "Kiber məkanda yalan məlumat yaymaq" ittihamları ilə bağlı açılan cinayət işinə baxılıb.

Behzad Xudabəndəlu barədə məhkəmə hökmünün bir neçə gün ərzində elan olunacağı bildirilib.

Qeyd edək ki, dinc fəaliyyətlərinə görə, bir neçə dəfə həbs edilən Behzad Xudabəndəlu, son dəfə martın 4-də prokurorluğa çağırılıb.

Bir neçə saat dindirilən fəal, 300 milyon girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar