SON XƏBƏRLƏR

Terror qruplaşmasının üzvləri Xaməneinin nümayəndəsinə dəstək verdilər 

2024.06.27, 16:45
Terror qruplaşmasının üzvləri Xaməneinin nümayəndəsinə dəstək verdilər 

Azərbaycanda axtarışda olduqları üçün SEPAH-a sığınan "Hüseyniyyun" terror qruplaşmasının üzvləri və onlara bağlı sosial media kanalları Məsud Pezeşkiana qarşı çağırışlara qoşulublar.

Gunaz.tv

Onılar İran rəhbəri Əli Xaməneinin Milli Ali Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlilyə səs verməyə çağırıblar.

"İnqilab Cəbhəsinin tərəfdarları birləşin, pərakəndə olmayın, Cəliliyə salam, Qalibafa salam",- paylaşımlarda yazılıb.

Qruplaşma üzvləri Səid Cəlilini prezident, Məhəmməd Baqir Qalibafı isə parlament sədri kimi görmək istədiklərini qeyd ediblər.

Qeyd edək ki, "Hüseyniyyun" qruplaşması SEPAH tərəfindən və Azərbaycan Respublikasında axtarışda olan və İrana sığınan şəxslərdən formalaşdırılıb.

Həmin qruplaşmanın fəaliyyəti 2017-ci ildə Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymani tərəfindən rəsmiləşdirilib.

Onlar Ruhullah Xomeyninin "islam inqilabının ixracı" nəzəriyyəsini dəstəkləyir və onun yayılması istiqamətində fəaliyyət göstərirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar