SON XƏBƏRLƏR

Hakimiyyətin seçki təbliğatı iflasa uğradı

2024.06.29, 13:36
Hakimiyyətin seçki təbliğatı iflasa uğradı

İran hökumətinin növbədənkənar prezident seçkiləri ilə bağlı başlatdığı təbliğat kampaniyası nəticəsiz qaldı.

Gunaz.tv

Bu, ölkə vətəndaşları və secici hüququ olanların əksəriyyətinin seçkilərə qatılmamasından məlum olur.

İranda 61 452 321 nəfərin səsvermə hüququ olsa da onlardan yalnız 25 591 344 nəfəri seçkidə iştirak edib.

Həmin iştirakçıların isə 1 056 159 nəfəri qutulara saldıqları büllettenlərə heç bir namizədin adını yazmayıblar.

Bununla yanaşı, seçkidən əvvəl verilən məlumatlarda hökumətin məhbuslar, qocalar, əllilər, xaricdə yaşayanlar və bəzi şəxslərin milli kodlarını aldığı bildirilib.

Hakimiyyətin qeyd olunan qrupa aid 11 milyon nəfərin adından müxtəlif namizədlərin adına büllettenlər yazdığı deyilir.

Bütün bunlara baxmayaraq, rəsmi məlumatlarda seçici aktivliyinin 40% civarında, qeyri-rəsmi məlumatlarda isə 30% civarında olduğu qeyd olunub.

Bu, vətəndaşların seçkilərə cəlb edilməsi ilə bağlı hökumətin başlatdığı kampaniyanın nəticəsiz qalmasına, vətəndaşların hakim sistemə inamlarının daha da azalmasına dəlalət edir.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar