SON XƏBƏRLƏR

Rəisiyə görə daha bir neçə sosial media fəalı həbs edildi

2024.06.29, 14:34
Rəisiyə görə daha bir neçə sosial media fəalı həbs edildi

Güney Azərbaycanın Astara şəhərində bir neçə sosial media fəalı İbrahim Rəisinin həlak olmasına münasibət bildirdiklərinə görə həbs edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Astaranın fərmandarı Məhəmməd Rza Şahabzadə faktı təsdiqləyib.

"Kiber məkanda vətəndaşların İbrahim Rəisinin ölümünə görə sevindiklərini və şadlıq etdiklərini əks etdirən klip yayılıb, bu isə vətəndaşların hissiyyatına toxunub",- fərmandar bildirib.

O, həmçinin saxlanılan şəxslərin İbrahim Rəisinin fotosu olan poster və bannerləri yandırdıqlarını söyləyib.

Həbs edilənlərinin sayı, onların kimliyi və hara aparıldıqları barədə açıqlama verilməyib. 

Qeyd edək ki, mayın 19-dan bu günə kimi İbrahim Rəisinin ölüm xəbəri ilə bağlı məlumatlar yayan, şənlik edən yüzlərlə şəxs və sosial media fəalı saxlanılıb, çox sayda sosial media kanalı bağlanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar