SON XƏBƏRLƏR

İranda müəllim çatışmazlığı pik həddə çatdı

2024.07.01, 11:16
İranda müəllim çatışmazlığı pik həddə çatdı

Hal-hazırda İranda 176 min müəllim çatışmazlığı var və cari təhsil ilinin başlamasına kimi daha 72 min müəllimin təqaüdə çıxması ilə bu 248 min nəfərə çatacaq.

Gunaz.tv

Bu barədə İranın "Məclis" araşdırmalar mərkəzinin rəhbəri Babək Niqahdari deyib.

O, əmək və təqaüd haqlarına görə, hökumətin müəllim və təhsil işçilərinə külli məbləğdə borcluolduğuna diqqət çəkib və yaxın gələcəkdə ölkədə müllim çatışmazlığını daha da şiddətlənəcəyini bildirib.

Qeyd edək ki, son illər müəllimlərin əmək haqlarının artırılmaması və vaxtında ödənilməməsi səbəbindən on minlərlə müəllimi bu sahəni tərk etmək məcburiyyətində qalıb.

Son bir neçə ildir müəllimlər və təqaüdə çıxan təhsil işçiləri hüquqlarının pozulmasına etiraz olaraq davamlı etiraz aksiyaları keçirirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar