SON XƏBƏRLƏR

Cəlilini tənqid edən sosial media kanalı bağlandı

2024.07.01, 17:43
Cəlilini tənqid edən sosial media kanalı bağlandı

Prezidentliyə namizəd Səid Cəlili barədə tənqidi paylaşımlar edən və Məsud Pezeşkianı çıxışlarını yayan İran səviyyəsində məşhur olan "İslahat nyus" sosial media kanalı bağlanıb.

Gunaz.tv

Bu barədə islahatşı siyasi cərəyana yaxınlığı ilə tanınan kanalın məsulu Əli Əhmədniya məlumat paylaşıb.

O, başçılıq etdiyi kanalın əvvəlcədən xəbərdarlıq edilmədən və heç bir səbəb göstərilmədən bağlanıldığını deyib.

Əhmədniya bununla bağlı məhkəməyə müraciət etdiyini, ancaq hələlik heç bir cavab ala bilmədiyini söyləyib.

"Ölkənin büdcəsindən maliyyələşən bəzi qurumlar seçki zamanı nəzərdə tutduqları namizədi prezident etmək üçün hərişə əl atırlar",- "İslahat nyus"un məsulu bilirib.

O, ad çəkmədən dövlət qurumlarının Səid Cəlilinin prezident seçdirilməsi üçün qanunsuz hərəkətlər etdiklərinə işarə edib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar