SON XƏBƏRLƏR

Almaniya  polisinə hücum edən iranlı öldürülüb

2024.07.02, 12:18
Almaniya  polisinə hücum edən iranlı öldürülüb

Almaniyanın Bavariya əyalətinin "Lauf An der Pegnitz" şəhərinin qatar dayanacağında 34 yaşlı iranlı mühacir bıçaqla 3 polis əməkdaşına hücum edib.

Gunaz.tv

Bu barədə Almaniya Federal Polisi məlumat yayıb.

Məlumatda hadisənin iyunun 30-da baş verdiyi bildirilib.

Qeyd edəliib ki, Almaniya polisi hücumçuya atəş açmaq məcburiyyətində qalıb və iranlı mühacir həlak olub.

Adı açıqlanmayan iranlı mühacir 2015-ci ildə Almaniyaya daxil olub və onun sığınacaq tələbi rədd edilib. 

Almaniya polisinin məlumatına görə, o, narkotik maddələr alveri və saxta pul ittihamına görə bir il həbsxanada məhkumluq dövrü yaşayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar