SON XƏBƏRLƏR

"BBC Farsi"  Qərbi Azərbaycan adını sildi

2024.07.02, 15:35
"BBC Farsi"  Qərbi Azərbaycan adını sildi

BBC telekanalının saytının farsdili bölməsi İranda keçirilən prezident seçkilərinin birinci turu ilə bağlı paylaşdığı səsvermə xəritəsində Qərbi Azərbaycan əyalətinin adını silib.

Gunaz.tv

Bu xəritədə həm də İrandakı qeyri-fars millətlərin yayılma coğrafiyası göstərilir.

BBC-nin bu hərəkəti ilə eyni vaxtda, bir sıra radikal kürd təşkilatları da oxşar əmələ əl atıb və xəritə üzərində Qərbi Azərbaycan əyaləti əvəzinə "Urmiya əyaləti" ifadəsini yazıblar.

"Urmiya əyaləti" ifadəsi Qərbi Azərbaycan əhalisinin tarixinin dəyişdirilməsi məqsədi ilə Azərbaycana qarşı torpaq iddiası edənlərin ortaya atdıqları ifadədir.

Bundan əvvəl İranın keçmiş prezidenti Həsən Ruhaninin də Qərbi Azərbaycana səfəri zamanı bu ifadədəni işlətməsi geniş etirazlara səbəb olmuşdu.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar