SON XƏBƏRLƏR

Yunanıstanda İrana bağlı terrorçular həbs edilib

2024.07.05, 11:51
Yunanıstanda İrana bağlı terrorçular həbs edilib

Yunanistan polisi bu il Afinanın mərkəzində sinaqoq və israillilərə məxsus oteli yandırmaqda ittiham olunan İran və Əfqanistan vətəndaşlarının da aralarında olduğu 7 şübhəlini həbs edib.

Gunaz.tv

Bu barədə Yunanıstanın antiterror polisi məlumat yayıb.

Bildirilib ki, mayın 15-də baş verən bu hücumda bina əldəqayırma bomba ilə hədəfə alınıb.

Saxlanılan şəxslər qəsdən yandırmaqda, insanların həyatını təhlükəyə atmaqda və irqi motivli hücumla əcnəbilərin əmlakına ziyan vurmaqda ittiham olunurlar.

Yunan polisi israillilərə məxsus sinaqoq və otelə hücumla bağlı həbs edilən 7 şübhəlidən beşinin hələ də həbsdə olduğunu, digər ikisinin isə şərti azadlığa buraxıldığını və mühakimə olunmalarını gözlədiklərini bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar