SON XƏBƏRLƏR

Təbriz həbsxanasında məhkumlar edam edilib

2024.07.05, 13:13
Təbriz həbsxanasında məhkumlar edam edilib

İranda prezident seçkiləri ilə eyni vaxtda ölkə həbsxanalarında daha 4 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, Təbriz şəhərinin həbsxanasında 3 məhkumun edam hökmü icra edilib.

Bununla yanaşı Mazandaran əyalətinin Sari şəhərinin həbsxanasında da 1 məhkum edam hökmü həyata keçirilib.

Məhkumların bundan əvvəl adam öldürməkdə günahlandırıldıqları bildirilib.

Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində İran həbsxanalarında 249 məhkumk dar ağacından asılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar