SON XƏBƏRLƏR

Pezeşkian prezident oldu? - Qeyri-rəsmi

2024.07.06, 03:03
Pezeşkian prezident oldu? - Qeyri-rəsmi

İranda keçirilən prezident seçkilərinin qeyri-rəsmi ilkin nəticələrinə görə, azərbaycanlı namizəd Məsud Pezeşkian öndədi.

Gunaz.tv

Bu barədə yerli sosial media kanalları məlumat yayıb.

Bildirilib ki, Məsud Pezeşkian sayılan səslərin 16, 540, 000-i qazanıb.

Onun rəqibi Səid Cəlili isə 14, 430, 000 səs toplaya bilib.

Təsdiq olunmamış məlumatlara görə, Məsud Pezeşkian İranın 9-cu prezidenti seçilib.

SEPAH-a yaxın medianın yaydığı məlumatlarda Pezeşkianın mühafizəsini "Ənsar əl-Mehdi" korpusu öz üzərinə götürüb.

Bu korpus İran prezidentlərinin mühafizəsinə məsuliyyət daşıyır.

Mühafizəkar siyasi cərəyana mənsub "Saberin News" media orqanı isə Səid Cəlilinin məğlubiyyətini bildirib.

Cəlilinin tərəfdarları isə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafı birinci turda Cəlilinin xeyrinə namizədliyini namizədliyini geri götürmədiyinə görə tənqid ediblər.

Onlar, Qalibafı bu hərəkəti ilə Pezeşkianın qələbəsinə yol açmaqda günahlandırıblar.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar