SON XƏBƏRLƏR

İranda qoruq ərazisi məhv oldu

2024.07.12, 15:39
İranda qoruq ərazisi məhv oldu

İranın Kohgiluye və Boyer-Əhməd əyaləti ilə Xuzistan əyaləti arasında yerləşən Xair qoruq ərazisində güclü yanğın olub.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

İranın əlaqədar dövlət qurumları texnika çatışmazlığı səbəbindən iyulun 7-dən başlayan yanğını yalnız bu gün söndürə biliblər.

Yerli ətraf mühit fəalları hakimiyyətin yanğını vaxtında söndürə bilməməsi səbəbindən qoruq ərazinin böyük hissəsinin yanaraq məhv olduğunu yazıblar.

"Yanğın nəticəsində 33 min 235 min hektar sahəsi olan qoruğun 50%-i yanıb, orada olan nadir bitki və heyvan növləri məhv olub",- deyə ekofəallar qeyd ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar