SON XƏBƏRLƏR

İranda əfqanistanlı qaçıqnların evlərinə hücum edildi

2024.07.20, 10:10
İranda əfqanistanlı qaçıqnların evlərinə hücum edildi

İranın Fars əyalətinin Xur şəhərində yaşayan əfqanistanlı qaçqınların evlərinə hücum edilib, onların şəhərdən çıxmaları istənilib.

Gunaz.tv

Bu barədə Əfqanistandan olan qaçqınlar məlumat yayıblar.

Qaçqınların evlərinin qapı-pəncərələri sındırılıb, həyətlərinə yandırıcı maddələr atılıb.

Əfqanistanlı qaçqınların sözlərinə görə, ailələrinin həyatları təhlükədədir, onlar təcrid olunmuş və himayəsiz vəziyyətdə qalıblar.

Qaçıqnlara qarşı hücumlar, 62 yaşlı iranlı sahibkarın yanında işlətdiyi 17 yaşlı əfqanistanlı yeniyetmə qaçqın tərəfindən öldürülməsindən sonra baş verib.

Əfqanistanlılar iranlı sahibkarın yeniyetməyə əxlaqsız təklif etdiyi üçün aralarında münaqişə yarandığını və yeniyetmənin özünü müdafiə zamanı sahibkarın həlak olduğunu bildiriblər.

Qeyd edək ki, xüsusilə son vaxtlar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar