SON XƏBƏRLƏR

İran etnik azlıqlara qarşı şiddətli repressiyalar tətbiq edir

2024.08.06, 10:51
İran etnik azlıqlara qarşı şiddətli repressiyalar tətbiq edir

İran hökuməti 2022-ci ilin sentyabrından başlayan etiraz aksiyaları zamanı etnik azlıqlara qarşı ədalətsiz məhkəmələr təşkil etmək, qanundan kənar cəzalar, işgəncələr verməklə, cinsi təcavüz və psixoloji təzyiqlərə məruz qoymaqla şiddətli repressiyalar tətbiq edib.

Gunaz.tv

Bu barədə BMT-nin İnsan Haqları Şurasının müstəqil faktlaraşdırıcı komitəsinin yaydığı hesabatda bildirilib.

Hesabatda fərqli etnik qruplardan olan azyaşlı  uşaqların da yuxarıda qeyd olunan cəza növləri ilə üzləşdikləri deyilib.

Faktaraşdırıcı komitə insan hüquqlarının pozulmasının xüsusilə qadınlara, uşaqlara və etnik, dini azlıqlara daha çox təsir etdiyini bildirib.

Hesabatda edam saylarının fars olmayan etnoslar arasında xüsusilə artdığı, bu cəza növünün qadınlara da tətbiq edildiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, İranda 2022-ci ilin setyabr ayında başlayan etiraz aksiyaları bir neçə ay davam edib.

Aksiyalara qoşulan 600-ə yaxın narazı öldürülüb, minlərlə insan yaralanıb.

2022-ci il noyabrın 24-də İnsan Haqları Şurasının 47 üzvü tərəfindən bəyənilən qətnamədə Tehran hökumətinin repressiyalarını araşdırmaq və qiymətləndirmək üçün BMT-nin müstəqil faktaraşdırıcı komitəsinin yaradılmasına qərar verilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar