SON XƏBƏRLƏR

Tehranda hicaba görə yeniyetmələr döyüldü - Pezeşkiana vədləri xatırladıldı

2024.08.07, 12:17
Tehranda hicaba görə yeniyetmələr döyüldü - Pezeşkiana vədləri xatırladıldı

İran hökumətinin irşad patrolunun əməkdaşları Tehranın şimalında yerləşən Vətənpur küçəsində iki yeniyetmə qız məcburi hicab qaydalarını pozduqlarına görə vəhşicəsinə döymələri kameralara düşüb.

Gunaz.tv

Bu barədə sosial media platformalarında məumat və videolar yayılıb.

14 yaşlı Nəfəs Şərifzadənin anası mediaya verdiyi açıqlamada qızının ağır döyüldüyünü, saxlanıldıqdan sonra da əxlaq polisi avtomobilində bunun davam etdirildiyini deyib.

Bundan sonra sosial media plarformalarında etiraz kampaniyası başladılıb, Məsud Pezeşkianın məcburi hicab qaydaları ilə bağlı verdiyi vədlər xatırladılıb və ondan vədlərini yerinə yetirmək istənilib.

Kampaniyaya jurnalistlər, ictimai fəallar, hüquqşünaslar və başqaları qoşulub, yeni Prezidentdən məsələ iə bağlı açıqlama verməsi tələb olunub.

Qeyd edək ki, Məsud Pezeşkian bundan əvvəl millət vəkilliyi dövründə və prezident seçkisi kampaniyasında məcburi hicab qaydalarına görə qadın və qızlara təzyiq göstərilməsini pisləyib, bunun qarşısını alacağı barədə vədlər verib.

Onun prezidentlik vəzifəsini icra etməyə başlamasından keçən müddət ərzind isə məcburi hicab qaydalarının tətbiqi ilə bağlı daha yeni addımlar atılıb, bunun dahada sərtləşdirilləcəyi bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar