SON XƏBƏRLƏR

İranda 6 sünni edama məhkum edildi

2024.08.09, 14:43
İranda 6 sünni edama məhkum edildi

Məşhəd şəhərinin Vəkilabad həbsxanasında saxlanılan 6 sünni məzhəbli məhkum barədə edam qərarı çıxarılıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bundan əvvəl 2019-cu ildə "silahlı təşkilata üzv olmaq"da günahlandırılan məhkumların edam cəzası İran Ali Məhkəməsinin 29-cu bölməsi tərəfindən təsdiqlənib.

Məhkumların cinayət işində onların "Hizb əl-Furqan" və İranın Sünni Milli Həmrəylik Cəbhəsinə üzv olduqları bildirilib.

Hüquq müdafiəçiləri isə həmin şəxslərin İranda yaşayan etnik bəlucların və sünni məzhəbli vətəndaşların milli-dini hüquqlarının müdafiə etdiklərinə görə cəzalandırıldıqlaını yazıblar.

Qeyd edək ki, rəsmi statistikaya görə, İran əhalisinin təxminən 10 faizini təşkil edən sünni müsəlmanlar həmişə sistemli ayrı-seçkilik və təzyiqlərə məruz qaldıqları üçün, ölkədə ikinci dərəcəli vətəndaş durumuna düşüblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar