SON XƏBƏRLƏR

Pezeşkian daha bir kürd siyasətçiyə yüksək vəzifə verdi

2024.08.09, 15:06
Pezeşkian daha bir kürd siyasətçiyə yüksək vəzifə verdi

İran Prezidenti Məsud Pezeşkian İranın Kürdüstan əyalətinin Sənəndəc şəhərinin keçmiş millət vəkili Calal Calalizadəyə yüksək vəzifə verib.

Gunaz.tv

İslahatçı siyasətçi kimi tanınan Calalizadə Etnik qrupların, dinlərin və konstitusiyanın icrası işləri üzrə Prezident müavini seçilib.

Pezeşkianın bu təyinatı da azərbaycanlıların narazılığına səbəb olub.

Onlar yeni Prezidentin ölkədə ən böyük etnik olan türklərin təyinatında ehtiyatlı davrandığın tənqid ediblər.

Qeyd edək ki, Məsud Pezeşkian vəzifəsinin icrasına başladıqdan bu günə kimi daha çox fars miliyyətindən olan islahatçı siyasətçilərin vəzifəyə gətirilməsinə üstünlük verib.

Azərbaycanlılar və azərbaycanlı siyasətçilər bunu narazılıqla qarşılayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar