SON XƏBƏRLƏR

Avropa ölkələri İsrailə görə İrana xəbərdarlıq etdi

2024.08.12, 11:22
Avropa ölkələri İsrailə görə İrana xəbərdarlıq etdi

Almaniya, Britaniya və Fransa İrana xəbərdarlıq edərək İsrailə qarşı hücum etməməsini tələb ediblər.

Gunaz.tv

Bu barədə Almaniya kansleri Olaf Şults, Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makron birgə bəyanat yayıb.

3 ölkənin birgə yaydığı bəyanatda bildirilib ki, İranın və ona bağlı qüvvələrin bu addımı bölgədə gərginliyi artıra, İsrail və radikal HƏMAS qruplaşması arasında ehtimal olunan atəşkəs danışıqlarını poza bilər.

"Bu kontekstdə xüsusilə İran və müttəfiqlərindən regional gərginliyi artıran, atəşkəsə nail olmaq və girovların azad edilməsi ehtimalını təhlükə altına qoyan hücumlardan çəkinmələrini xahiş edirik",- bəyanatda qeyd olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar