SON XƏBƏRLƏR

Məhəmməd Cavad Zərif istefasından sonra Məsud Pezeşkian haqqında fikirlərini bildirib

2024.08.14, 15:07
Məhəmməd Cavad Zərif istefasından sonra Məsud Pezeşkian haqqında fikirlərini bildirib

Bir neçə dəqiqə öncə möhtərəm Prezident Məsud Pezeşkian mənə zəng edib təşəkkürlərini çatdırdı və səmimi söhbət etdik. O, İran üçün fəxrlə səs verdiyimiz həmin Pezeşkian idi və mən harada olsam da, həmin əziz, humanist və cəsur insanı və hökumətini dəstəkləyəcəm.

Gunaz.tv

Bu sözləri İranın sabiq xarici işlər naziri, vitse-prezident vəzifəsindən istefa verən Məhəmməd Cavad Zərif X hesabında yazıb.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif yeni vəzifəsində yalnız 10 gün işlədikdən sonra istefa verib. İstefasına səbəb kimi isə Pezeşkian hökumətinin tərkibi ilə razılaşmadığını göstərib.

O, bundan sonra fəaliyyətini universitetdə davam etdirəcəyini bildirib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar