SON XƏBƏRLƏR

Məhbus fəalın müalicəsinə icazə verlmir

2024.08.15, 10:46
Məhbus fəalın müalicəsinə icazə verlmir

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil və milli fəal Tahir Nəqəvinin həbsxanadan qıraq xəstəxanada müalicə olunmasına icazə verilmir.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, avqustun 6-da həbsxana nəzarətçilərinin gözü qarşısında ağır cinayətlər törətmiş məhkumlar tərəfindən döyülən Tahir Nəqəvi boyun nahiyəsindən ciddi zədə alıb.

Onun və kamera yoldaşlarının müraciətlərinə baxmayaraq, həbsxana rəhbərliyi azərbaycanlı məhbusun xəstəxanada müalicəsinə icazə verməkdən imtina edib.

İnsan haqları fəalları Nəqəvinin ürək çatışmazlığından da əziyyət çəkdiyini və bu səbəbdən hüquqşünasın sağlamlıq durumunun ağırlaşdığını bildiriblər.

Qeyd edək ki, təhlükəsizlik məmurları Tahir Nəqəvini fevralın 6-da Kərəc şəhərində həbs ediblər.

O, "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq"da günahlandırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar