SON XƏBƏRLƏR

Takistanda növbəti etiraz aksiyası keçirilib

2024.08.16, 13:13
Takistanda növbəti etiraz aksiyası keçirilib

Avqustun 15-də Güney Azərbaycanın Qəzvin əyalətinin Takistan rayonunda bir həftə ərzində ikinci etiraz aksiyası keçirilib.

Gunaz.tv

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

"Təravət novin" avtomobil şirkəti tərəfindən pulları mənimsənilən takistanlılar şəhər fərmandarlığı qarşısına toplaşıblar.

Aksiya yerinə polis qüvvələrinin cəlb olunmasından sonra etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.

Onlar dövlətin himayəsində olan avtomobil şirkətinin çox sayda vətəndaşın pulunu almasına baxmayaraq, illərdir avtomobillərini təhvil vermədiyinə etiraz ediblər.

Qeyd edək ki, son iki il ərzində bir neçə dəfə oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri verilir, nə də pulları qaytarılır.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar