SON XƏBƏRLƏR

ABŞ-ın qərarı iranlı müxaliflərin etirazları ilə qarşılaşdı

2024.08.20, 16:19
ABŞ-ın qərarı iranlı müxaliflərin etirazları ilə qarşılaşdı

Co Bayden İranın Radio və Televiziya Şirkətinin ABŞ sanksiyalarından azad olma müddətini uzadıb və bunun nəticəsində İranın radio və televizyası peyk yayımı xidmətlərindən yararlana biləcək.

Gunaz.tv

Bu barədə ABŞ mediası məlumat yayıb.

Bildirilib ki, avqustun 19-da ABŞ Xarici İşlər Nazirliyi Konqresə İranın Radio və Televiziya Şirkətinin Vaşinqtonun sanksiyalarından azad edilməsini davam etdirmək qərarı haqqında məlumat verib.

ABŞ-ın bu qərarı xaricdə yaşayan iranlı müxaliflərin geniş etirazlarına səbəb olub.

Onların sözlərinə görə, Vaşington bu qərarla Tehran rejiminin siyasi-ideoloji təbliğatının davam etdirilməsinə şərayit yaradıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar