SON XƏBƏRLƏR

SEPAH-a qarşı yeni kampaniya başladı

2024.08.23, 15:00
SEPAH-a qarşı yeni kampaniya başladı

Kanadada fəaliyyət göstərən "SEPAha qadağa" (StopIRGC) qrupu İran İslam İnqilabı Keşçikçiləri Korpusuna (SEPAH) qarşı yeni kampaniya başladıb.

Gunaz.tv

Bu barədə qrupun sosial media hesabında bildirilib.

Qrup, vətəndaşlardan və bu ölkədə yaşayan mühacir iranlılardan Kanadada yaşayan SEPAH üzvləri və ya SEPAH-la əlaqəli olan şəxslərin, onların ailə üzvlərinin barəsindəki məlumatların qrupa verilməsini istəyib.

Kampaniya, SEPAH-a bağlı şəxslərin aşkarlanması və ölkədən qovulması məqsədi ilə başladılıb.

"SEPAha qadağa" (StopIRGC) 2022-ci ilin payızından fəaliyyətə başlayıb. Qrup kanadalı, amerikalı və iranlı hüquqşümaslar tərəfindən yaradılıb.

Qeyd edək ki, Kanada dövləti SEPAH-ı terrorçu təşkilatlar siyahısına salıb və son aylar ərzində onunla bağlılığı olan onlarla şəxsi ölkədən qovub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar