SON XƏBƏRLƏR

Senatorlar Baydenə məktub yazdı - Pezeşkiana viza verilməsin

2024.08.23, 16:00
Senatorlar Baydenə məktub yazdı - Pezeşkiana viza verilməsin

ABŞ-nin 5 senatoru Prezident Co Baydenə məktub yazaraq ondan BMT-nin iclasında iştirak etmək üçün İran Prezidenti Məsud Pezeşkiana viza verilməməsini istəyiblər.

Gunaz.tv

Bu barədə ABŞ mediası məlumat yayıb.

Məktub müəllifləri bildiriblər ki, Məsud Pezeşkian Xaməneinin əlaltısıdır və onun kimi şəxslərin ABŞ-a səfəri Amerika və onun müttəfiqləri üçün ciddi təhlükəsizlik təhdidi hesab olunur.

"BMT Baş Assambleyası dünyanın ən pis liderlərinə etimad göstərmək və onların təhlükəli baxışlarını təbliğ etmək platformasına çevrilməməlidir",- məktub müəllifləri vurğulayıblar.

Onlar İranın İsrail dövlətinin məhv edilməsi ilə bağlı bəyanatlarını xatırladaraq, Məsud Pezeşkianın İbrahim Rəisinin siyasətlərini davam etdirəcəyi barədə bəyanatlarına diqqət çəkib, yeni Prezidentin də İsrailə qarşı oxşar mövqedə olduğunu yazıblar.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının illik Baş Assambleyasının həmişəki kimi sentyabr ayında Nyu-Yorkda keçirilməsi planlaşdırılır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar