SON XƏBƏRLƏR

Milli fəal cərimə cəzasına məhkum edildi

2024.08.26, 10:58
Milli fəal cərimə cəzasına məhkum edildi

Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərindən olan milli fəal Behzad Xudabəndəlu cərimə cəzasına məhum edilib.

Gunaz.tv

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, bu barədə qərar Qoşaçay şəhərinin İnqilab Məhkəməsi tərfindən çıxarılıb.

Bildirilib ki, Behzad Xudabəndəlu "yalan məlumatlar yaymaq və ictimai rəyi çaşdırmaq" ittihamına görə 6 milyon 600 min tümən (200 AZN) cərimə olunub.

Qeyd edək ki, dinc fəaliyyətlərinə görə, bir neçə dəfə həbs edilən Behzad Xudabəndəlu, son dəfə martın 4-də prokurorluğa çağırılıb.

Bir neçə saat dindirilən fəal, 300 milyon girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar