SON XƏBƏRLƏR

İran rəhbəri cəmiyyət artımı ilə bağlı göstəriş verdi

2024.08.28, 12:42
İran rəhbəri cəmiyyət artımı ilə bağlı göstəriş verdi

İran rəhbəri Əli Xamənei cəmiyyət artımının sürətləndirilməsi ilə bağlı səhiyyə naziri Məhəmmədrza Zəfərqəndiyə göstəriş verib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Xamənei ölkədə cəmiyyətin qocaldığı barədə xəbərdarlıq edərək gənclərin sayının artırılmasına ehtiyac olduğunu söyləyib.

"İstərdim ki, cənab Zəfər Qəndi cəmiyyətin gəncləşdirilməsi ilə bağlı məsələni şəxsən diqqətdə saxlasın, bu istiqamətdəki maneələri aradan qaldırsın və səhiyyə şəbəkəsinə nəzarət etməklə əhalinin artımına mane olanların qarşısını alsın; Çünki ölkənin gənc əhaliyə ehtiyacı var",- Xamənei tapışırıq verib.

Qeyd edək ki, bundan əvvəl Əli Xaməneinin təkidləri əsasında 16 oktyabr 2021-ci ildə cəmiyyətin sayının çoxaldılması barədə qanun qəbul olunub.

Bundan sonra Əli Xaməneinin bu sahədəki tapışırıqlarının reallaşması üçün azyaşlıların da evləndirilməsi barədə təbliğatlar artıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar