SON XƏBƏRLƏR

İran Britaniya və Avstraliya səfirlərini XİN-ə çağırıb

2024.09.04, 09:53
İran Britaniya və Avstraliya səfirlərini XİN-ə çağırıb

Sentyabrın 3-də Britaniyanın müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Britaniyanın bir sıra iranlı fiziki və hüquqi şəxslərə qarşı tətbiq etdiyi son sanksiyalara görə, Britaniyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb.

Diplomata bu addımın Londonun Tehranla qarşılıqlı əlaqə yaratmaq niyyətinə zidd olduğu bildirilib.

Bununla yanaşı eyni gündə Avstraliyanın da Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna səbəb Avstraliya səfiri İan Makkonvilin səfirliyin “Instagram” səhifəsindəki paylaşımı olub.

O, paylaşımında cinsi azlıqlara qarşı zorakılıqlara diqqət çəkib və bunu pisləyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar