SON XƏBƏRLƏR

Milli fəal məhkəməyə çağırıldı

2024.09.09, 13:31
Milli fəal məhkəməyə çağırıldı

Gilan əyalətinin Rəşt şəhərində yaşayan azərbaycanlı ana dili hərəkatı fəalı Vədud Əsədi İnqilab Məhkəməsinə çağırılıb.

Gunaz.tv

Bu barədə o, özünün sosial media hesaında paylaşım edib.

Fəalın yazdığına görə, çağırış məktubunda ondan sentyabrın 10-u, saat 09:00-da Rəşt şəhərinin İnqilab Məhkəməsinin 2-ci bölməsinə getməsi tələb olunub.

“Həyatda olduğum müddətcə haqsızlıq və zülm qarşısında susmayacağam və məhkəmədə millətimin hüquqlarını müdafiə edəcəyəm”, - deyə Əsədi yazıb.

Qeyd edək ki, Vədud Əsədi cari ilin fevral ayının 6-da Təhlükəsizlik İdarəsinin məmurları tərəfindən saxlanılaraq Tehranın Evin həbsxanasının təhlükəsizlik bölməsinə köçürülüb. 

O, martın 9-da 800 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar