SON XƏBƏRLƏR

Güney Azərbaycanın ilk Kinoteatrı tamamilə məhv edilib

2024.09.13, 12:00
Güney Azərbaycanın ilk Kinoteatrı tamamilə məhv edilib

Güney Azərbaycanın ilk kinoteatrının yerləşdiyi məkan tamamilə dağıdılıb və ondan heç bir iz qalmayıb. 

Gunaz.tv

Bu barədə yerli mədəni fəllar məlumat yayıblar.

Məlumata görə, bu kinoteatr dünyada kinonun icadından bir neçə il sonra, Təbriz şəhərində inşa edilib. Ancaq hazırda həmin yer tamamilə məhv edilib.

1900-cü ildə  Təbrizdə kinoteatrın inşasına dair qərar verildikdən sonra, gərəkli avadanlıqlar gətirilmiş və indiki Şəriəti (Şəhnaz) küçəsinin yaxınlığında yerləşən Təbriz keçidində (Pasaj) “Kino Sölü (Günəş)” adı ilə 100 nəfərlik kiçik bir kinoteatr açılmışdır.

Lakin yerli filmlərin çəkilməməsi və xarici filmlərə çıxışın olmaması səbəbindən kinoteatr 1916-cı ildə bağlanmış və unudulmuş, bu gün isə həmin kinoteatrın yerləşdiyi məkandan heç bir iz qalmamışdır.

Kinoteatrın fəaliyyəti Müzəffərəddin şah Qacar dövründə başlamış, elə həmin il şah Fransaya səfəri zamanı kinoçəkiliş aparatını (kinematograf cihazı) alıb İrana gətirmişdir.

Bununlada Təbriz zamanla İranda kino nümayişinin əsas mərkəzlərindən birinə çevrilmişdir. Şəhərdə bir sıra əhəmiyyətli kinoteatrlar açılmış, ancaq illər keçdikcə bu sahə tənəzzülə uğramış və kinoteatrların sayı azalmağa başlamışdır. 

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar