SON XƏBƏRLƏR

İran parlamentində əfqanıstanlılara qarşı nasist çağırış edildi

2024.09.19, 10:39
İran parlamentində əfqanıstanlılara qarşı nasist çağırış edildi

İranda qaçqın həyatı yaşayan əfqanıstanlı qaçqınlar savadsız, bacarıqsız və ləyaqətsiz insanlardırlar və onların bizim ölkəmizin imkanlarından istifadə etməyə haqları yoxdur.

Gunaz.tv

Bu sözləri İran parlamentinin üzvü Sara Fəllahi parlamentdəki çıxışında deyib.

Özünü vətənpərvər adlandıran qadın millət vəkili əfqanıstanlıların ölkədən çıxarılmasını və bu zəmində səhlənkarlıq edən rəsmilərin məsuliyyətə cəlb edilməsini tələb edib.

O, əfqanıstanlı qaçqınları saatlı bomba adlandırıb, onların ölkə üçün təhlükə olduqlarını iddia edib.

Qeyd edək ki, bir neçə gün əvvəl İran prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Həsən Kazımi Qumi və ölkənin daxili işlər naziri Mömini də əfqanistanlı qaçqınların ölkədən çıxarılacaqları barədə bəyanatlar səsləndiriblər.

Onların dediyinə görə, 2025-ci ilin aprel ayına kimi 2 milyon əfqanıstanlı qaçqın deportasiya olunacaq.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar