Günün sonuna qədər ən azı onlarla insan öldü və 2700-dən çox insan yaralandı, onların çoxu şikəst oldu. Ertəsi gün Livanda səyyar radiostansiyaların da (ratsiya) müəmmalı şəkildə partlaması nəticəsində daha 20 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
Livanda İsrail yüksək səviyyəli Hizbullah terrorçularını hədəfə alan sui-qəsd dövründə, onların lideri belə bir nəticəyə gəldi: Əgər İsrail yüksək texnologiyaya üstünlük verirsə, Hizbullah bunun tam əksini etməlidir. Hizbullah lideri Həsən Nəsrullahın dediyinə görə, İsrail öz terrorçuların yerlərini müəyyən etmək üçün mobil telefon şəbəkələrindən istifadə edir.

“B.A.C. Consulting” Tayvan mərkəzli “Gold Apollo” adında peycer cihazların istehsalı üçün müqavilə əsasında Macarıstanda yerləşən bir şirkədir. Əməliyyat haqqında məlumat verən üç kəşfiyyatçıya görə, bu şirkət İsrail əməliyyatının bir hissəsi idi. Onlar bildiriblər ki, peycerləri istehsal edən şəxslərin həqiqi şəxsiyyətləri isə gizli saxlanılb. İddialara görə bu şirkətin əsas idarəediciləri İsrail kəşfiyyatçıları olub.
“B.A.C. Consulting” normal qaydada müştəri qəbul etməyə və peycer istehsal etməyə davam etdi. Ancaq onları maraqlandıran yeganə müştəri Hizbullah idi. Hizbullar üçün istehsal edilən peycerlər sıradan deyildi. Üç kəşfiyyatçının dediyinə görə, ayrı-ayrılıqda istehsal edilmiş, onların içərisində partlayıcı “PETN” təchiz edilmiş batareyalar var idi.

Peycerlər 2022-ci ilin yayında az sayda Livana göndərilməyə başladı, lakin Hizbullah lideri, Nəsrullah mobil telefonları pislədikdən sonra istehsal sürətlə artdı.
İki Amerika kəşfiyyat rəsmisinin dediyinə görə, yayda peycerlərin Livana göndərilməsi artdı, minlərlə peycer ölkəyə gətirildi və Hizbullah zabitləri və onların müttəfiqləri arasında paylandı.
Hizbullah üçün bunlar müdafiə tədbiri idi, lakin İsrail vaxtın yetişdiyini düşünərək “Troya atı”nı işə saldı.
GünazTV