SON XƏBƏRLƏR

Universitetlərdə hicab nəzarətçilərinin sayı artılır

2024.09.20, 15:01
Universitetlərdə hicab nəzarətçilərinin sayı artılır

İran Prezidenti hicab qaydaları ilə bağlı cəza tədbirlərlərinin yumuşaldılması ilə bağlı vədlərinə baxmayaraq, məcburi hicab qaydalarını pozanlara qarşı yeni tədbirlər görülür.

Gunaz.tv

Bu barədə Tehran Universiteti İslam Birliyinin katibi Məhəmməd Turabi bildirib.

O, Universitetlərdə məcburi hicab qaydalarına nəzarət etmək üçün çox sayda qadın "hicab nəzarətçisi"nin işə götürüldüyünü açıqlayıb.

Turabi bildirib ki, bundan əvvəl məcburi hicab qaydalarını pozduqları üçün Universitetlərdən qovulan tələbələrin təhsillərinin bərpası ilə bağlı işlərə baxılmır.

Qeyd edək ki, Məsud Pezeşkian məcburi hicab qaydaları ilə bağlı cəza tədbirlərinin yumuşaldılacağı və buna görə Universitetdən qovulan tələbələrin təhsil ocaqlarına geri qaytarılacaqlarını bildirmişdi.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar