SON XƏBƏRLƏR

"Traxtur"çulardan məktəblilərə dəstək kampaniyası

2024.09.21, 13:53
"Traxtur"çulardan məktəblilərə dəstək kampaniyası

İranda yeni təhsil ilinin başlaması ərəfəsində Güney Azərbaycanın "Traxtur" Futbol Klubunun azarkeşləri xeyriyyə kampaniyası həyata keçiriblər.

Gunaz.tv

Bu barədə yerli fəallar sosial media platformalarında paylaşım ediblər.

"Traxtur"çular Ərdəbildə yaşayan azgəlirli ailələrin uşaqlarına məktəb ləvazimatları, geyim, dəftər, qələm və başqa bu kimi əşyalar hədiyyə ediblər.

Azərbaycan futbol klubunun azarkeşlərinin bu kampaniyası maraqla qarşılaşıb, başqa bölgələrdən olan "Traxtur"çular da kampaniyaya qoşulmaq istədiklərini bildiriblər.

Qeyri-rəsmi məlumatlara görə, hakimiyyətin yerli məmurları xeyriyyəçi "Traxtur"çulara uşaqlara Azərbaycan türkcəsində kitabların paylanılmaması barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, hər il yeni təhsil ilinin başlaması ərəfəsində mədəni fəallar Güney Azərbaycan şəhərlərində uşaqlara Azərbaycan türkcəsində nəşr olunan kitablar paylayır, hakimiyyətin qeyri-fars dillərə qarşı tətbiq etdiyi qadağalara etirazlarını bildirirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar