SON XƏBƏRLƏR

Öldürülən azərbaycanlı gəncin kəndii mühasirəyə alındı

2024.09.21, 20:26
Öldürülən azərbaycanlı gəncin kəndii mühasirəyə alındı

Güney Azərbaycanın Qəzvin əyalətindən olan və 2022-ci ilin sentyabr etirazları zamanı öldürülən azərbaycanlı gənc Cavad Heydərinin kəndi Rəhmətabad mühasirəyə alınıb.

Gunaz.tv

Bu barədə onun bacısı Fatimə Heydəri məlumat yayıb.

O, bildirib ki, çox sayda mülki geyimli təhlükəsizlik məmuru kəndə girib, evləri mühasirəyə alınıb, polis qüvvələri isə kəndin giriş və çıxışında postlar quraraq gediş-gəlişi dayandırıblar.

"Bu, rejim məmurları tərəfindən öldürülən qardaşım Cavadın ikinci ildönümü mərasiminin keçirilməsinin qarşısını almaq üçün edilib",- öldürülən gəncin bacısı bildirib.

Qeyd edək ki, sentyabrın 22-i Cavad Heydərinin öldürülməsinin ildönümü mərasiminin keçirilməsinin qarşısnı almaq üçün, onun ata evinə hücum edilib və ailə üzvləri saxlanılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar