SON XƏBƏRLƏR

Pezeşkianın müavini Türk Evinə getməkdən imtina edib

2024.09.25, 14:55
Pezeşkianın müavini Türk Evinə getməkdən imtina edib

Sentyabrın 23-də ABŞ-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran Prezidenti Məsud Pezeşkianın görüşü olub.

Gunaz.tv

Bu barədə Türkiyə və İran mediası məlumat yayıb.

Bildirilib ki, Türk Evində keçirilən görüşdə İran Prezidentinin strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərif iştirak etməyib.

Məlumatlara əlavə edilən fotolarda Zərifdən başqa Pezeşkianın müavinlərinin hamısının iştirak etdiyi əks olunub.

Zərifin görüşdə iştirak etməməsinin səbəbi barədə rəsmi açıqlama verilməsə də, bir sıra qeyri-rəsmi mənbələr iddia edir ki, Zərif iki dövlət başçısının görüşünün Türk Evində keçirilməsinə etiraz etdiyinə görə görüşə qatılmayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar