SON XƏBƏRLƏR

İranlı qadın atlet İspaniyada yoxa çıxıb

2024.09.26, 11:50
İranlı qadın atlet İspaniyada yoxa çıxıb

İranın ağırlıq qaldırma komandasının üzvü Fatimə Keşavər İspaniyada yoxa çıxıb.

Gunaz.tv

Bu barədə İranın Ağır Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, İspaniyanın Leon şəhərində keçirilən ağırlıq qaldırma yarışlarında iştirak etmək üçün bu ölkəyə gedən Fatimə Keşavərzdən xəbər yoxdur.

İdmançı sentyabrın 23-də yarışda iştirak etdikdən sonra idman kompleksini tərk edib və İran idmançılarının qaldığı hotelə geri dönməyib.

İdmançının axtarışı və tapılması ilə bağlı İspaniya polisinə məlumat verilib.

Qeyri-rəsmi məlumatlara görə, Fatimə Keşavərzin İrana geri qayıtmamaq üçün İspaniyadan sığınacaq istədiyi iddia edilir.

Qeyd edək ki, bundan əvvəl də oxşar hadisələr baş verib və çox sayda iranlı idmançı xaricə çıxdıqdan sonra İrana geri qayıtmaqdan imtina ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar