SON XƏBƏRLƏR

Güney Azərbaycanda daha bir tarixi abidə dağılmaq üzrədir

2024.09.26, 13:23
Güney Azərbaycanda daha bir tarixi abidə dağılmaq üzrədir

Ərdəbil əyalətinin Xiyav (Meşkin) rayonunda yerləşən tarixi Arşaq qalası bölgədə mədən istismarı üçün aparılan partlayışlar səbəbindən dağılır.

Gunaz.tv

Bu barədə yerli mədəni fəallar məlumat yayıb.

Bildirilib ki, mədəni fəalların müraciətlərinə baxmayaraq, tarixi abidə yaxınlığında qeyri-standart istixrac işləri davam etdirilir.

"Bu, Arşaq qalasının zədələnməsi və dağılması ilə yanaşı bölgə kəndlərinin, o cümlədən Cəbdərə, Təbnəq, Hacılı və Ağdərə kəndlərinin əkin sahələri və yeraltı su qaynaqlarının da zərər görməsinə səbəb olub",- deyə məlumatda bildirilir.

Qeyd edək ki, Arşaq qalası Elxanlılar və Səlcuqlular dövrünə aid nadir tarixi abidələrdən sayılır.

Qala 31 may 2003-cü ildə İran milli əsərlər siyahısına salınsa da, bərpası və qorunması ilə bağlı iş görülməyib.

GünaazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar