SON XƏBƏRLƏR

ŞOK İDDİA - Nəsrullahın yerini İsrailə İran casusu ötürüb

2024.09.30, 14:28
ŞOK İDDİA - Nəsrullahın yerini İsrailə İran casusu ötürüb

Hizbullah liderinin öldürüldüyü hücumla bağlı detallar ortaya çıxmağa davam edir. İddialara görə Hizbullah liderinin məkanını İsrail kəşfiyyatına İran casusu tərəfindən ötürülüb.

Gunaz.tv

İsrailin Beyrutda Hizbullah lideri Həsən Nəsrullahın gizləndiyi yeraltı bunkeri məhv edən hava hücumu İsrail kəşfiyyat orqanlarını və onların geniş yayılmış şəbəkəsini diqqət mərkəzinə qoyub. Hücumla bağlı təfərrüatlar ortaya çıxmağa davam edir. Belə ki, xarici medyada yayılan iddialara görə Həsən Nəsrullahın yerini İsrail kəşfiyyatına İran casusu ötürüb.

Fransanın “Le Parisien” qəzetinin xəbərinə görə, məxfi agent İsrail rəsmilərinə Nəsrullahın Beyrutun cənub ətraflarında Hizbullahın yeraltı qərargahında olması barədə məlumat verib. Sözügedən İran casusu, Nəsrullahın Dahiehdə yerləşən altı binadan ibarət kompleksdə silahlı qrupun yüksək rütbəli üzvləri ilə görüşdə iştirak etdiyini üzə çıxarıb.

Hezbollah Confirms Leader Hassan Nasrallah Killed in Israeli Strike -  Newsweek

Məlumata görə, İsrail rəsmiləri bu məlumatı hava hücumundan bir neçə saat əvvəl şənbə günü günortadan sonra alıb. Livan vaxtı ilə təxminən 11:00-da İsrail Müdafiə Qüvvələri "X" sosial media platformasında Nəsrullahın öldürüldüyünü elan edərək, "artıq dünyanı təhdid edə bilməyəcəyini" bəyan etmişdi.

Hesabatlar həmçinin İsrailin Hizbullahın yüksək səviyyəli liderlərini məhv etmək və İranın dəstəklədiyi qrupda liderlik boşluğu yaratmaq üçün bir sıra zərbələr planlaşdırdığını da göstərib.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar