SON XƏBƏRLƏR

İran rejimi Azərbaycan səfirliyinə hücum edəni niyə cəzalandırmır? - AÇIQLAMA

2024.10.01, 11:13
İran rejimi Azərbaycan səfirliyinə hücum edəni niyə cəzalandırmır? - AÇIQLAMA

İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin cəzasını alması istiqamətində danışıqlar hələ də davam edir.

Gunaz.tv

GünazTV xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, bu, prosessual məsələdir: “İndi qarşı tərəfin qərarı təsdiqləməsi gözlənilir”.

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

 

 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar