SON XƏBƏRLƏR

Tanınmış türkoloq Həsən Umudoğlu həbs edilib

2024.10.09, 11:45
Tanınmış türkoloq Həsən Umudoğlu həbs edilib

Təbrizdə yaşayan tədqiqaçı, Dədə Qorqudşünas və şair Həsən Umudoğlu həbs edilib.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik məmurları Umudoğlunu oktyabrın 7-i evdən çıxarkən həbs edərək naməlum yerə aparıblar.

Onun harada saxlanıldığı vəhəbs səbəbi barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, Həsən Umudoğlu Azərbaycan türkcəsi, mədəniyyəti, ədəbiyyatı və Dədə Qorqudşünaslıq sahəsindəki əsərləri ilə tanınır.

Onun İranda Azərbaycan türkcəsinin qorunub saxlanılması, inkişafı və qeyri-rəsmi şəkildə özəl siniflərdə tədrisində əhəmiyyətli rolu olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar