SON XƏBƏRLƏR

SEPAH rəsmisi Zəngəzurla bağlı təhdid bəanatı səsləndirdi

2024.10.10, 11:20
SEPAH rəsmisi Zəngəzurla bağlı təhdid bəanatı səsləndirdi

SEPAH komandirinin siyasi məsələlər üzrə müavini Yədullah Cavani Azərbaycan Respublikasını İsrailin siyasətlərinə dəstək verməkdə ittiham edib və təhdid bəyanatı səsləndirib.

Gunaz.tv

Bu barədə İran mediası yazıb.

O, Azərbaycan Respublikasını Zəngəzur dəhlizini güc yolu ilə açmağa çalışmaqda ittiham edərək, belə olduğu təqdirdə İranın müdaxilə edəcəyi barədə xəbərdarlıq edib.

"Biz inqilab liderinin əmrini gözləyirik və ölkənin milli maraqlarını qorumaq üçün bir an belə tərəddüd etməyəcəyik",- deyə Cavani bildirib.

Yədulla Cavaninin Azərbaycana qarşı təhdid bəyanatı erməni dilli sosial media platformalarında geniş yayılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar